Yaponiyada güclü zəlzələ baş verib. "CNN Türk”-ün məlumatına görə, güclü yeraltı təkanlar Tokioda hiss edilib. Beynəlxalq informasiya agentliklərinin məlumatına görə, artıq zəlzələnin baş verdiyi bölgədə hündürlüyü 10 metrə çatan sunami başlayıb. Sunami onlarla avtomobili aparıb, saysız-hesabsız ev dağılıb. Yaponiya Müdafiə Nazirliyi zəlzələnin dağıtdığı rayonlara vertolyotlar göndərir. Seysmoloqlar bildirir ki, əvvəlcə yeraltı təkanın 7,4 bal gücündə olduğu bildirilsə də, onun 8,8 bal təşkil etdiyi məlum olub. Bu, Yaponiyada son 7 ildə qeydə alınan ən güclü zəlzələdir. Son məlumata görə, sunami Senday limanına çatıb. Şəhərdə çoxlu sayda insan həlak olub. Bəzi yaşayış məntəqələri yer üzündən silinib.