Bir neçə adam iş yerindəki komputerə giriş üçün 5 rəqəmli şifrədən istifadə edirmiş. Və bir gün biri bu şifrəni unudur. Ancaq o biri istifadəcilər buna kömək üçün 5 dənə ipucu verirlər.Belə ki, 1) Beşinci rəqəmlə üçüncü rəqəmin toplamı 14-dür 2) Dördüncü rəqəm ikinci rəqəmdən 1 ədəd coxdur 3) Birinci rəqəm ikinci rəqəmin iki qatından 1 vahid azdır 4) Ikinci və üçüncü rəqəmin toplamı 10-dur 5) Bütün sayların cəmi 30-dur