Mən
sənin sonradan dəyərini bildiyinəm. Sən mənim uzaqlaşdıqca
yaxınlaşanımsan. Mən sənin vicdanının qara tərəfiyəm, ürəyinin qabıq
bağlamayan yarası,içini rahat buraxmayanınam.
Sən mənim ən gizli
mərasimlərlə içimə gizlətdiyim, sən mənim boğazıma yumrulanıb qalan, uda
bilmədiyimsən. . Sən peşmanlığımsan. Sən mənim geri dönüşü olmayan
yollarımın çıxmaz küçələrisən.
Mən sənin hər kəsin yanındakı
bədbəxtliyin, unuda bilməyəcəyin yaddaşın, söz dinləməyən uşağıyam
ürəyinin. Mən səndə, qələmin qırılması, qələmin qırılmasıyam..
Sən
mənim "kaş ki dilsiz olsaydım, o sözləri deməyəydim" təmənimsən.. Sən
mənim dolu bir bulud kimi üstümdə dolaşanımsan. Sən mənim həyat boyu
birlikdə yaşayacağam talehimsən.
Mən sənin çalmağa qapın , boşa
çıxan gözlənişlərinəm. Bitib tükənmək bilməyən sonuncu ümidin, hər səhər
yenidən başlayan ümidinəm.
Sən mənim nə qədər istəsəm də
uzaq durduğum, qaçarkən daha çox eşqim olduğumsan. Özümə verdiyim, amma
tutamadığım sözlərimin səbəbisən.
Mən sənin gözündən axan damla,
ürəyindən gələn hirs, beynində rahat dayanmayan "kaş ki" nəm. Mən sənin
baxıb xatırladığın, geri ala bilmədiyin zamanınam...
Sən mənim utancımsan. Üzləşməkdən qaçdığım, amma bir güzgü kimi qarşımda dayanan , gizləndiyim, gözlərimi qapadığım utancımsan.
Mən sənin sonuncu səhfin, artıq ne etsəndə fayda etməyəninəm.
Sən mənim tükənən kəlimələrim, qəlbimin beynimə söz keçirə bilməmə səbəbisən.
Sən mənim ürəyimin ilk atışı ... Mən sənin ürəyinin sonuncu atışıyam...