Sənin kasıb qohumların var?
Mən onlar barədə heç nə bilmirəm.
Bəs varlı necə?
Təəssüf ki, onların da məndən xəbəri yoxdur.
Həkim xəstəyə:
Sizin neçə yaşınız var?
5 aydan sonra 40 olacaq.
Daha olmayacaq :)
Davanın qızğın vaxtı arvad ərinə deyir:
Kaş İblisin özünə ərə gedərdim!
Ər sakitcə deyir:
Amma bu, mümkün deyil. Yaxın qohumlar arasında nigah qadağandır :)
Arvad ərinə:
İki xəbər deyəcəm - yaxşı və pis.
De görək.
Mən səninlə ayrılıram
Gözəl. Bəs pis xəbər hansıdır? :)
Arvad ərinə:
Evə qayıtmalıyıq. Mən ütünü çıxarmağı unutmuşam, yanğın olacaq.
Lazım deyil, olmayacaq.
Niyə?
Ona görə ki, mən də hamamda suyu bağlamamışam :)
Hökümət: Biz daha firavan həyat sürməyə başladıq.
Camaat: Sizə görə çox şadıq
Əgər gedib vağzalda qaynanamı qarşılasan, sənə 10 dollar verərəm.
Əgər o gəlməsə?
Onda iki dəfə çox alacaqsan... :)
Arvad:-mənə belə gəlir ki,bizim sürücünü qovmaq lazımdır.
Kişi:-nə üçün?
Arvad:-dörd dəfədir ki,o mənim həyatımı ölümcül təhlükə altına qoyur.
Kişi:-tələsməyək ,ona daha bir şans verək.