1.Çukça özünə kamaz alır...
Bir müddətdən sonra ondan soruşurlar:
- Maşının necədi?
- Hər şeyi yaxşıdır, içi istidir, faraları elə işıq saçır ki, bütün tundra səhər kimi görünür...amma bir şey var...
-Nə?
-İtlər tez yorulurlar.
2.
Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun
ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən
kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya
yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına
çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin
otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis
xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis
xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda
asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.
3.
Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və
dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam
4.
Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər "Çağıraq
axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı” deyirlər. Hər ikisini
masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin
içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər
bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi
isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.
5.
İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə
yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər
bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.
6.
Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun
ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən
kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya
yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına
çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin
otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis
xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis
xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda
asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.
7. Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.
8. İki dəli söhbət edirlər, biri o birinə:
-sən harda anadan olmusan?
Cavab:
-Xestexanada
o biri deli:
-Aaaaa hansi xestelikden?
9. Sən pirajnanı niyə yemirsən. Qorxursan ki, paltara yerləşməzsən???
- Paltar problem deyil. Problem liftdir.
13. İki ovçunun söhbətindən:
- Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!
- Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm!
- Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz haqda eşitmisən?
- Əlbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm!
10. İki dost görüşür. Biri digərinə:
-
He-he-he-e-e-e-ç ba-a-a-a-ş-a dü-ü-ü-ü-şə bil-mi-mi-rəm ki, ni-ni-yə
mə-ə-ə-nim te-le-e-e-fon şir-kə-ə-ə-tim mə-ə-ə-nə-ə-ə ən ya-a-axşı
ab-o-o-o-nenti-i-i ki-i-i-i-mi müka-a-fat ve-e-e-rib?
11. Bir nəfər Sibirdə havanın hərarəti mənfi 60 dərəcə olduğunu eşidir. O buna inanmır və dostuna zəng edir:
- Qulaq as, deyirlər siz tərəfdə 60 dərəcə soyuqdur hava.
Yox, təxminən mənfi 25-30 dərəcə.
- Həəə, amma deyirlər mənfi 60 dərəcədir.
- Yox, çöldə ola bilsin mənfi 60 dərəcədir.
12. İki rəfiqə dalaşır:
- Sən nə ixtiyarnan məni hamının içində axmaq adlandırırsan?!
- Oy, bağışla sən mənə tapşırmışdın ki, axmaq olduğunu gizlədirsən...
13. Biri gəlib məhəllədə başlayır goplamağa:
- Uşaqlar keçən həftə getmişdim afrikaya.
Uşaqlar buna sual verirlər:
- Orda göy rəngli fillər olur onu necə öldürürlər?
- Xüsusi silahla
- Bəs yaxşı qırmızı filləri?
- Onu tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs yaşıl filləri?
- Onu söyürsən, utandığından qızarır sonra tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs sarı filləri?
Cavab tapa bilmir:
- Sarı fil olur, əəə??
14. Qulaq as Məmməd! Dünən özümə ağ ayaqqabı, ağ şalvar, ağ corab, ağ pencək, ağ köynək, ağ qalstuk və ağ dəsmal almışam.
- Yaxşısı budur özüvə bir dənə də yaşıl papaq al, olacaqsan qatıq butulkası.
15. Bir qadın öz rəfiqələrinə danışır:
- Təsəvvür edirsiz???. Yatdığım yerdə birdən görürəm səs gəlir.
İşığı yandıran kimi tanış olmayan birini görürəm.
Ona dedim ki, 2 saatdan sonra burda görmüyüm səni