Главная » 2011»Февраль»11 » ATV-də yayımlanan “Onun yarısı” verilişi yenidən efirə qayıdır
20:41
ATV-də yayımlanan “Onun yarısı” verilişi yenidən efirə qayıdır
ATV kanalı və yayımlanan proqramlar ətrafında növbəti şayiələr dolaşır. kanalda musiqi departamentinin yaradıldığı və departamentə kanalın əməkdaşı Rəna Qulamovanın rəhbər təyin olunduğu deyilir. Bundan başqa yanvarın 15-də bərpa olunması gözlənilən “Onun yarısı” adlı proqramın Azərbaycan mentalitetinə xələl gətirməsi səbəbi ilə birdəfəlik bağlanılacağı deyilir.
ATV telekanalının mətbuat əlaqələndiricisi və “Xəbərlər” departamentinin baş redaktoru Vaqif Aydınoğlu xəbərlərin həqiqəti əks etdirmədiyini deyib: “Proqramın müvəqqəti bağlanmasının daha bir səbəbi dekorasiyanın bütöv bir hissəsini tamamlayan monitorun işıqlandırma sistemində yaranan texniki nasazlıqdır. Hər gün canlı efirə çıxırıq, bu səbəbdən proqramı yarımçıq saxlamaq məcburiyyətindəyik. Hazırda xaricdən müəyyən detallar gətirilir və təmir işləri gedir”