Dünyanın bir çox yerində sevgililər günü özünü sevgi yolunda fəda edən St. Valentineni xətrinə keçrilir. Muasir dünyada dəyişən hər şeylə bərabər isə sevgililərin bir-birlərinə sevgi sübut etmə tərzləri də dəyişdi. Artıq sevgililər bir-birlərini düşündüklərini, diqqətlərini aldıqları çiçək və hədiyyələrlə göstərməyə çalışırlar. Sevgini ifadə üsulları dəyişsə dəyişməyən yeganə sevgi qaldı. Sevgililər günündə gözlənilməyən hədiyyələrlə sevgilini sevindirmək artıq bir adət halını alıb. Bu günün sevinci və həyəcanı günlər əvvəl sevgililəri bürüyür. Nə alınacaq, həmin günə necə plan qurulacaq kimi suallara cavab tapmaq marağı hər şeydən üstün gəlir. Hamı fərqli olmaq, fərqli bir tərzdə yadda qalacaq qeyd etmə üçün çırpınır. Bu ki ildə bir dəfə olan gündür.. Ona məxsusi bir hədiyyə çox sevdiyi bir gül, ya da sizin yanınızda bəyəndiyi bir aksesuar, çoxdan bəri axtardığı bir şey ola bilər. Məhz bu hədiyyəni gözəl bir axşam yeməyindən və ya romantik bir gəzintidən sonra təqdim etmək onun çox ürəyincə olacaq. Milli sevgililər günümüz Iyunun 30-u Azərbaycanda Sevgililər günüdür. Artıq bir neçə ildir ki, ölkədə qeyd olunan bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü- 30 iyun tarixi Azərbaycan sevgililər günü kimi keçirilir.
|