SAYTIMIZA XOS GELMISINIZ
249LULAR.TK
Меню сайта
Block title
Azerbaycan
Sekiller
Mentiqi suallar
Sevgi ve şeirler
Maraqli xeberler
Yumor
249
Avto
Idman
mp3
Programlar
Mobil dunya
Oyunlar
Filmler
Video
Meşhurlar
Block title
Block title
Block title
Block title
Block title
Saytda reklam
Block title
Block title
Главная » 2011 » Февраль » 2 » Yerevandan Bakıya "Facebook" təklifi.XEBERIN ARDINDA
13:40
Yerevandan Bakıya "Facebook" təklifi.XEBERIN ARDINDA
İndi də internetdə birləşmək fikrinə düşən erməni müxalifətçilər "onlayn-alyans"a Cənubi Qafqazın bütün liberallarını dəvət edirlər.
Milli.Az xəbər portalı "7or.am"a istinadən bildirir ki, Ermənistan parlamentinin sabiq vitse-spikeri Karapet Rubinyan ölkədə "3A" ("Artants Azatakanneri Alyans") alyansının yaradılması təklifi ilə çıxış edib.

Onun dediyinə görə, bu struktur Ermənistan liberallarının onlayn-alyansı olmalıdır.
"İnternet vasitəsilə Ermənistan, Dağlıq Qarabağ və diaspordakı liberalları birləşdirmək, onların internetdəki birgə fəaliyyətini ölkənin və xalqın maraq və mənafelərinin təminatına, habelə Ermənistanın inkişafına yönəltməyi təklif edirəm", - K.Rubinyan söyləyib.

Rubinyan belə təşəbbüslə "Facebook" sosial şəbəkəsindəki səhifəsində çıxış edib. O, sosial şəbəkə vasitəsilə yaydığı bəyanatında bildirir ki, informasiya texnologiyalarının inkişafı insanların ümumi ideya ətrafında birləşməsi üçün indiyədək misli görünməmiş imkanlar yaradıb.

"Vətənimizin çox ağır və dözülməz vəziyyətdə olduğunu bilirik. İnsanların azad seçkilərdə ədalətli və şəffaf şəkildə səs verməyərək, seçmədikləri hakimiyyətin sürəkli olaraq Ermənistan vətəndaşlarının hüqüqları, azadlıqlarına təcavüzü, iqtidarın qanunu tapdalaması nəticəsində Ermənistanın məruz qaldığı tənəzzülü dayandırmaq və inkişafa nail olmaq üçün millətimizin intellektual potensialının birləşməsi, inqilabi islahatlar vasitəsilə Ermənistanı inkişaf yoluna çıxarmağı qaçılmaz məsələyə çevirir", - bəyanatda deyilir.

Rubinyanın fikrincə, "3A" alyasnında liberallar yeni siyasi fəaliyyət formatı və vasitələrindən istifadə etməklə yanaşı, erməni cəmiyyətində liberalizmlə demokratiyanın yeni əsaslarını qoya bilərlər.
"Mən tam transparentlik, alyans üzvlərinin tam bərabərliyini, daxili idarəetmədə dərin demokratiyanı və rəhbər strukturların rəqabətli, tez-tez seçkilərini təklif edirəm", - Ermənistan parlamentinin sabiq spikeri bildirib.

Maraqlı odur ki, Rubinyan erməni liberallarla yanaşı, Cənubi Qafqaz ölkələrindəki bütün liberallara birlik və tərəfdaşlıq təklif edir.
Onun fikrincə, Gürcüstan və Azərbaycandakı liberal siyasi qüvvələrin də yeni yaradılacaq onlayn-alyansa qoşulacaqları təqdirdə "Cənubi Qafqazda dayanıqlı və stabil sülhə nail olmaq yolunda daha bir addım atıla bilər".

K.Rubinyan "Facebook" şəbəkəsində artıq ikinci dəfədir ki, siyasi bəyanatlarla çıxış edir. Ötən ilin iyulunda o, "Facebook" vasitəsilə yaydığı açıqlamasında bildirmişdi ki, Ermənistanın müxalifət düşərgəsinin aparıcı qüvvəsi olan Erməni Ümummilli Hərəkatının (EÜH) rəhbər orqanlarının partiyanın iyulun 17-də keçirilmiş qurultayındakı seçkiləri saxtalaşdırılıb.
Həmin bəyanat yayılandan sonra Rubinyan EÜH-dən istefa vermişdi.

Ermənistan parlamentinin sabiq vitse-spikerinin təklifi Gürcüstanda birmənalı qarşılaşmayıb.
Gürcüstan liberallarının ən məşhur siması, "Xalq Forumu"nun lideri Revaz Şavişvili Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, Rubinyanın fikirləri birmənalı olaraq Ermənistanın "daxili siyasi mətbəxi" üçün hesablanıb.
"Cənubi Qafqazda liberal siyasi qüvvələrin birləşməsi təklifi məntiqidir və pis deyil. Biz də bunu istərdik, amma Ermənistandakı liberal siyasi güclərin gerçəkdən də belə tərəfdaşlıq və ya əməkdaşlıq fikrində olduqlarına şübhəm var. Üstəlik, bir çox məsələlərdə onlarla ciddi fikir ayrılığımız var. Rubinyanın təklif etdiyi əməkdaşlığın baş tutması üçün Ermənistandakı məlum siyasi qüvvələr Gürcüstandakı separatçılıq və şovinizmə verdikləri dəstəkdən əl çəkməlidir. Yalnız bundan sonra nə barədəsə danışmaq olar", - R.Şavişvili söylədi.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da erməni liberalın təklifini "çiy" sayır.
"Azərbaycan Liberal Partiyasının Ermənistandakı hansısa siyasi qüvvə ilə tərəfdaşlıq, əməkdaşlıq və ya hər hansı formada işbirliyi fikri yoxdur, ola da bilməz. Ermənistanda hər hansı siyasi qüvvə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi qismində tanıyarsa, işğal faktını və Ermənistandan qovulmuş azərbaycanlıların vətəndaş hüquqlarını tanıyarlarsa, onda bəlkə nəyisə müzakirə etmək olar. Əməkdaşlıqla bağlı yalnız bu prinsiplər əsasında söhbət aparmaq mümkündür", - Əvəz Temirxan Milli.Az-a verdiyi açıqlamasında dedi.

Прикрепления: Картинка 1
Категория: Maraqli xeberler | Просмотров: 686 | Добавил: ADMIN-3 | Теги: XEBERIN ARDINDA!! | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Block title
Block title
500
Block title
Block title
SAYTDA HANI BOLMENI DAHA COX SEVIRSIZ
Cemi cavab: 412
Block title
Block title
Block title
Баку-Хайфа ,Азербайджанская музыка , Фильмы ,Концерты ,Радио ,Игры Унас есть все для вас Малиновый сайт АзнетаАзербайджанский торрент трекер BORCALIMIZ ,Азербайджанская музыка , Share.Az Sürətli yükləmə xidməti
Copyright MyCorp © 2024