SAYTIMIZA XOS GELMISINIZ
249LULAR.TK
Меню сайта
Block title
Azerbaycan
Sekiller
Mentiqi suallar
Sevgi ve şeirler
Maraqli xeberler
Yumor
249
Avto
Idman
mp3
Programlar
Mobil dunya
Oyunlar
Filmler
Video
Meşhurlar
Block title
Block title
Block title
Block title
Block title
Saytda reklam
Block title
Block title
Главная » 2011 » Февраль » 9 » Sevgi kəpənək kimidir...
17:52
Sevgi kəpənək kimidir...
Yalnız olanlara,
Sevgi kəpənək kimidir, onun ardına qaçarsan o səndən uzaqlaşar... Ən yaxşısı burax uçsun, inan ki heç gözləmədiyin bir anda gəlib çiyninə toxunacaq ... Sevgi xəşbəxt edər, bəzən də hüzün verər. Amma sevgi özəldir, sənin sevginə layiq olan birinə verərsən əgər ...

Sevgilisi olanlara,
Sevginin məqsədi onun üçün "mükəmməl insan” olmaq deyil, səni mükəmməliyə ən çox yaraşdıran insanı tapmaqdır ...

Qəlb oğrularına,
Sevmədiyin birinə əsla "səni sevirəm” demə …Qəlbində olmayan duyğulardan varmış kimi söz etmə. Kimsənin həyatına qəlbini qırmaq üçün girmə. Sevgi dolu baxan gözlərə əsla yalan söyləmə, çünki birinə verəbiləcəyin ən böyük acı aşiq olmadığın birini özünə aşiq etməkdir ...

Evli olanlara,
Sevən insan "sənin səhvin” yerinə " üzr istəyirəm” deyəndir... "Hardasan” yerinə "mən burdayam” deyəndir ... "bunu necə etdin?!” yerinə "niyə etdiyini başa düşürəm” deyəndir ...və sevgi "kaş ki” yerinə daima "yaxşı ki” deyəndir ...

Qəlbi qırıq olanlara,
Qəlb yarası siz qanatmaqdan vaz keçincə davam edər və bunun dərmanı bu acıya öyrəşmək deyil, ondan dərs ala bilməkdir ...

Aşiq olmaqdan qorxanlara,
Aşiq ol amma sevməsi üçün israr etmə, anla amma gözləmə, paylaş amma istəmə, yaralan amma əsla acını böyütmə ...

Sevdiyi şəxsi daha çox sahiblənənlərə,
Sevdiyin insanı başqa biri ilə xoşbəxt olduğunu görməkdən daha acı bir şey varsa, o da sevdiyin insanın səninlə xoşbəxt olmadığını görməkdir ...

Sevgisini etiraf etməyə çəkinənlərə,
Sevdiyindən ayrılınca sevgi acı verir, sevdiyin tərk edincə daha da çox acı verir amma ən acısı, onu nə qədər sevdiyini bilməsinə heç bir fürsət verməməkdir ... Ey gənclər, sevdiyiniz insana vaxtında "Səni Sevirəm” deyin, çox gec olmadan, deyin!

Dönməyəcək birini hələ də gözləyənlərə,
Həyatın ən kədərli anı, dəli kimi sevdiyin insanın buna heç dəymədiyini gördüyün andır və ən böyük itgin onun üçün sərf etdiyin illərindir. Sənin sevginə bu bün layiq olmayan , bəlkə 10 il sonra yenə layiq olmayacaqdır ... Qoy getsin ...

Fikirləriniz...

Прикрепления: Картинка 1
Категория: Sevgi ve şeirler | Просмотров: 1982 | Добавил: AYSEL249 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Block title
Block title
500
Block title
Block title
SAYTDA HANI BOLMENI DAHA COX SEVIRSIZ
Cemi cavab: 412
Block title
Block title
Block title
Баку-Хайфа ,Азербайджанская музыка , Фильмы ,Концерты ,Радио ,Игры Унас есть все для вас Малиновый сайт АзнетаАзербайджанский торрент трекер BORCALIMIZ ,Азербайджанская музыка , Share.Az Sürətli yükləmə xidməti
Copyright MyCorp © 2024