Müğənni Röya Ayxanın mətbuat katibi Ülviyyə Alovlu bəyanat yaydı. Bəyanatı olduğu kimi oxuculara təqdim edirik: “Müğənni Röya Ayxan bundan belə heç bir internet səhifəsində, xəbər agentliklərinin internet saytlarında özünə aid yazı, şəkil, iqtibas və xəbərlərin getməsini istəmir. Bu münasibətlə, Azərbaycan internet məkanında fəaliyyət göstərən bütün saytlara özü haqda bu və ya digər formada materialların çap olmasına qadağa qoyaraq onlara xəbərdarlıq edir. Qadağa materialın tərkibindən asılı olmayaraq (tərif, tənqid, istinad, xəbər, iqtibas, şəkil, mahnı) hər bir növünə aiddir. Bundan sonra müğənni özü və yaradıcılığı haqda heç bir materialı görmək, oxumaq istəmir. O, adının internet və çap informasiya vasitələri tərəfindən çəkilməsinə tamamilə etiraz edərək, buna qadağa qoyur. İstisna hal olaraq müğənninin mətbuat xidmətinin bilavasitə imzası ilə gedən xəbərlər hesab olunacaq. Öz növbəsində mətbuat xidməti öz sərt nəzarətini tətbiq edəcək.
Xəbərdarlığı nəzərə almayıb, qadağanı pozan hər bir şəxs, KİV nümayəndəsi və resurs məsuliyyətə cəlb olunacaq".