Fevralın 7-i Mübariz Paşanın doğum günüdür!.. 1988 ci il fevralın 7 də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib. Elə həmin il hərbi xidmətə cağrılıb. Xidmətinə (DQ) Daxili Qoşunların N saylı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır. Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir. Bir müddət mülki işlərdə işlədikən sonra 2009-cu ilin avqust ayında öz arzusu ilə yenidən hərbi xidmətə yollanıb.Bu dəfə artıq Gizir kimi çalışmağa başlayıb. 2010 cu ilin aprel ayindan Tər-Tər rayonundakı N saylı hərbi hissəsində xidmətinə başlayır. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və Xocalıda törətdikləri soyqırım Mübarizin qəlbini göynədir və düşmənə qarşı nifrətini artırır. Nəhayət ömrünün ən gənc cağında 22 yaşında 18 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində əməliyyata başlayır. 22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin çoxlu sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək döyüşur. Düşmən ağır itkilərə məruz qalır. Bu döyüşdə İgid vətən oglu 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olur. Bakı şəhərindəki 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Büləsüvar rayonunda adına məktəb var və rayonun mərkəzi küçələrdən biri qəhrəmanın adını daşıyır. Oxuduğu orta məktəbdə xatirə muzuyi yaradılıb. Dünya sularında üzən Tankerlərdən biri onun adını daşıyır.