2 insan olur. Allah bunların ikisinədə bir məharət verir. Birinin əlində pambıq əsla yanmaz, nə qədər yandırsanda pambıq alovlanmır. Birinin isə əlində aşsüzəndə su qalar, yerə 1 damcı belə olsa dağılmazdı. Biri kəndə yaşayır, biri isə şəhərdə. Bunlar hər ikisi bir-birini tanıyırmış. Və bir gün şəhərdə yaşayan kənddə yaşayana deyirki mən səni yaxşı tanıyıram, sən əgər şəhərdə yaşasan günah işlədərsən...
Kəntdə yaşayan - Yox düz demirsən
Şəhərdə yaşayan - Gəl yoxlayaq, sabah səni gözləyirəm. Səhər açılır və bunlar zəngləşib görüşrlər.
Kəntdə yaşayan - Yaman acmışam
Şəhərdə yaşayan - Gəl gedək restoranda oturub yemek yeyek
Kəntdə yaşayan - Olar
Bunlar gedib otururlar doyunca yeyib, içirlər. Sonra rəqqasələr gəlib oynamağa başlayırlar. Və kənddən gələn özündən asılı olmadan qızlara baxır. Şəhərdə yaşayan isə heç bir şey olmamış kimi rahat oturur və heç kimə baxmır. Şəhərdə yaşayan kənddə yaşayana deyir. İndi pambığı yandır görüm və yandırır, pambıq alışmağa başlayır.
Kavaler: Mövzu biraz üstü örtülü mövzu olduğundan şərhlərdən aydın görmək olur ki, bəziləriniz heç mövzunu diqqətlə oxumur, bəziləriniz isə mənanı başa düşmədiyinizdən pisləyirsiniz... İcazənizlə həmin mövzuya baxışımı bildirim bəlkə aydınlıq gətirmiş olaram...
Kənddə yaşayanda panmıq yanmır - fərz edək ki, panmıq onun imanıdır... (bu sadəcə bənzətmədir!)
Şəhərdə yaşayanda aşsüzəndən su tökülmür - fərz edək ki, aşsüzən onun imanıdır... (bu sadəcə bənzətmədir!)
İncələyək: Kənddə yaşayan günaha gətirib çıxaran bir çox şeyləri görmür... Məs.: kənd yerində əyləncə klubları və s. bu kimi günah məclisləri demək olar ki, yoxdur... Və orada insan imanını kamil saxlaya bilir. Niyə? Çünki onu günaha aparan bir şey yoxdu... Cismi olaraq...
İncələyək: Şəhərdə yaşayan isə demək olar ki, gözünü belə günah yerdə açır... Doğum evi rüşvət (haram), Orta məktəb rüşvət (haram), universitet, əyləncə kafeləri və s. hamısı insana mənfi təsir göstərir... Aşsüzən deyil yerinə gəlin qab düşünək... Anadan olanda bir qab oluruq, günahları gördükcə və günaha getdikcə o qaba bir deşik açaq... Nəticədə gəlib o qab aşsüzən olurmu?! Bəs o aşsüzəndən (imandan) necə edək ki, su (nəfs) tökülməsin? Məncə yolu TÖVBƏ və VƏHY Yoludur...
Uzağa getməyək misal götürək bir insanı... Günahkar insan tövbə etsə yenidən o günahları gördükdə onun nəfsi oyanmır, əksinə içində nifrət hissi daha da artır...
Amma bu şeyləri görməmiş bir insan gördükdə şeytana aldanır... (əlbəttə ki, xalis imanın sahibi əsla şeytana aldanmaz)...
İndi düşünək imanımız məgər kamildirmi? Öz yerimdən cavab verim: XEYR!
Buyurun indi sizlər deyin görüm imanımız kamildir ki?