Tibb elminə daxil olan yeni xəstəlik növü: "Facebookla bağlı anksayeti xəstələyi".. Şotlandiyada keçirilən araşdırmaya görə, bütün dünyada 500 milyondan çox üzvü olan sosial şəbəkə Facebookda dostlaşma, sonda istifadəçilərin stresə girməsinə səbəb olur. Fakto.info-nun məlumatına görə Edinburgda yerləşən Napier Universitetində tələbələr üzərində keçirilən araşdırma nəticəsində, az da olsa bir qrup istifadəçinin "Facebookla bağlı anksayeti xəstələyi"nə yoluxduğu bəlli olmuşdur. Universitetin araşdırması nəticəsində, hər 10 adamdan biri Facebookun onlarda qorxu yaratdığını, 10 adamdan üçü isə bəzi dostluq təkliflərini rədd etdiklərinə görə özlərində günahkarlıq hissi duyduqlarını aşkar etmişdir. Araşdırmada iştirak edən tələbələrin 12%-i dostluq təklifi almalarını xoşlamadığını, 63 %-i isə dostluq təkliflərinə cavab verməyi hələlik təxirə saldıqlarını bildiriblər. Araşdırmaya rəhbərlik edən və nəticələri şərh edən Dr. Kathy Charles, nəticələrin bəzi paradokslar ortaya çıxardığını söyləyərək, "Facebookda olmaq böyük gərginlik yaratmaqla yanaşı, həmçinin istifadəçilərdə duyğu pozğunluğuna və qərarsızlığln yaranmasına səbəb olur." deyə qeyd etmişdir.
|