== DAHA ƏTRAFLI
XƏBƏRİN ARDINDA ==
[ALLAH bizi və sevdiklərimizi qorusun.
AMİN]
10.
Siyahıda 10-cu yeri 150 il əvvəl Amerikanın Kaliforniya ştatında tikilən San
Kventin həbsxanası tutur. Bu həbsxanada ölüm cəzasına məhkum olunmuşlar
saxlanılır. Həbsxananın bütün kameraları"anasını kəsmiş" cinayətkarlarla
doludur. Buradakı ağır şəraitə görə işləmək istəyənlər çox azdır. Yerli hökumət
məvacibləri ilbəil artırsa da, həbsxana personalı tam düzəlmir. Həbsxana
"nadzor”ları isə xüsusi qəddarlıqları ilə seçilirlər. Dustaqların saxlanma
kameraları köhnə və çirklidir, tibbi xidmət isə demək olar ki, yoxdur. Burada
adi soyuqdəymədən də dustaq ölə bilər. Bir neçə il əvvəl keçirilən yoxlamalar
zamanı məlum olub ki, "ömürlük”lərə təcrübəsiz həkimlər daima səhv diaqnozlar
qoyublar. San Kventinin daha bir ciddi problemi
zorakılıqdır.
9.
Venesueladakı La Sabaneta türməsi də "ən pislər” siyahısında yer tutur. 15 min
nəfər üçün nəzərdə tutulmuş bu həbsxanada 25 min məhkum cəza çəkir. Neftlə
zəngin bu ölkədə əhalinin təxminən üçdə bir hissəsi yoxsulluq vəziyyətində
yaşayır və təbii ki, belə vəziyyətdə cinayətkarlıq da çoxdur. Bu səbəbdən
cəzaçəkmə müəssisələrində saxlanma şəraiti dəhşətlidir. Bəzi məhkumlar
türmələrin dar koridorlarında çəkilmiş qamaklarda (tordan yelləncək) yatmağa
məcbur olur, eyni zamanda sistemin korrupsiyalaşması imkanlı məhkumlara rüşvətin
hesabına daha komfortlu yerləri ələ keçirməyə imkan
verir.
8.
Səkkizinci yeri Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində yerləşən
cəzaçəkmə müəssisəsi tutur. Burada türmələr ağzına kimi doludur, saxlanma
şəraiti sanitar normalara uyğun gəlmir, mühafizəçilərlə məhkumlar arasında daima
toqquşmalar baş verir. Məhkumların qiyamının qarşısı isə ən qəddar üsullarla
alınır. Bu türmədə məhkumları daima vəhşicəsinə döyürlər, onların heç bir hüququ
təmin olunmur. Diyarbəkir türməsində tibbi xidmət bərbad vəziyyətdədir, heç bir
reabilitasiya proqramı mövcud deyil.
7.
Siyahıda yeddinci pilləni Argentinanın Mendosa şəhərində yerləşən həbsxana
tutur: burada son bir ildə müxtəlif səbəblərdən 22 ölüm hadisəsi qeydə alınıb.
Bu türmə həmişə doludur - cəmi 600 nəfər üçün nəzərdə tutulmuş kameralarda 1600
məhkum cəza çəkir. Məhkumların döşəmədə yatması Mendosadakı cəzaçəkmə müəssisəsi
üçün adi haldır. Onlar tualetə getmək istəyəndə isə butulka və ya polietilen
paketlərdən istifadə edirlər. Kamera və koridorlarda günlərlə zibil
yığışdırılmır. Hələ bu azmış kimi kameraları çox vaxt çirkab sular
basır.
6.
Nyu Yorkun iri həbsxanası- Rikers İsland bu siyahıda altıncıdır. Bu həbsxananın
tarixi çoxsaylı zorakılıq halları və dəhşətli işgəncə faktları ilə zəngindir.
Həmin yerdə cəzasını çəkib azadlığa çıxmış insanları söyləyirlər ki, bura Nyu
Yorkun kriminallaşmış rayonlarından daha qorxulu və təhlükəlidir. Hər an
öldürülə, döyülə, ömürlük şikəst edilə bilərsən.
5.
Afrika qitəsindəki Keniyanın paytaxt Nayrobi türməsi "ən pislərin” siyahısında
"beş” alıb. Burada ümumilikdə 800 nəfər üçün nəzərdə tutulmuş kameralarda 3800
məhkum saxlanılır. Narkotikdən istifadə, zorlanma, dava-dalaş bu həbsxananın adi
rejimidir.
4.
Siyahıda Suriyadakı Tadmorda hərbi həbsxanası da var. Tadmordakı adi saxlanma
rejimində belə dustaqlara baltalardan, iplərdən və taxtalardan istifadə olunan
orta əsrə xas işgəncələrdən istifadə olunur. Mühafizəçilər kef məclislərindən
sonra işgəncə obyektini sırf təsadüf nəticəsində seçirlər. Bu cür işgəncə
tamaşalarına hətta dustaqları baxmağa da məcbur
edirlər.
3.
Siyahıda üçüncü yer Paris yaxınlığındakı La Sante həbsxanasına verilib. Bu
müəssisədəki məhkumlar elə bir zülm altında saxlanılırlar ki, canlarını
qurtarmaq üçün sutkalarla başlarını divara vurmağa, siçan zəhəri və çəngəl
udmağa hazırdırlar. Təkcə 1999-cu il ərzində bu həbsxanada 124 məhkum müxtəlif
səbəblərdən həyatını itirib. Ağzına kimi dolu kameralar, duş qəbul etmək
imkanının olmaması, keyfiyyətsiz ərzaqlardan istifadə - bütün bunlar məhbuslar
arasında dəri xəstəliklərinə gətirib çıxarır. Müəssisədə o qədər siçovul var ki,
məhkumlar öz əşyalarını tavandan asmağa məcburdurlar. La Sante əvvəllər olduğu
kimi indi də zorakılıq, əxlaqsızlıq və vəhşilik məkanı kimi tanınmaqdadır.
Burada daha zəif məhkumlar qula çevrilirlər.
2.
Siyahıda ikinci yeri Kolorado (ABŞ) ştatında yerləşən ADX Florense federal
həbsxanası tutur. Ciddi rejimli bu müəssisənin məhkumları kameradan kənarda
həftədə cəmi 9 saat keçirirlər. Onlar öz kameralarında yeməyə, yatmağa və
tualetə getməyə məcburdurlar. Məhkumlar sutka ərzində 22 saatdan artıq günəş
işığında məhrumdular.
1.
Dünyanın ən acınacaqlı cəzaçəkmə müəssisələri siyahısında birinci yeri
Braziliyanın San-Paulu şəhərindən bir neçə kilometr aralıda yerləşən i Carandiru
türməsi tutur. Buradakı hər 5 məhkumdan biri QİÇS xəstəliyinin daşıyıcısıdır.
Məhkumlar cərrahiyyə əməliyyatı olunan zamanı "narkoz”dan istifadə edilmir,
istifadədə rədd cavabı verilir. 7500 məhkuma dörd növbədə çalışan cəmi 1000
türmə əməkdaşı düşür.
|