SAYTIMIZA XOS GELMISINIZ
249LULAR.TK
Меню сайта
Block title
Azerbaycan
Sekiller
Mentiqi suallar
Sevgi ve şeirler
Maraqli xeberler
Yumor
249
Avto
Idman
mp3
Programlar
Mobil dunya
Oyunlar
Filmler
Video
Meşhurlar
Block title
Block title
Block title
Block title
Block title
Saytda reklam
Block title
Block title
Главная » 2011 » Февраль » 18 » dilencilerin usaqlari niye cox yatir?
17:30
dilencilerin usaqlari niye cox yatir?

Metro stansiyasının çıxacağında qadın dayanmışdı.Ona yaş vermək çətin idi.30 da verə bilərdin,23 də,hətta 42 də.Saçları çirkli və dağınıq,sifəti kədərli.

Qadının qarşısında qab var idi,keçənlər ora pul atırdılar.Atmazdılar,əgər arqument olmasaydı.Qucağında körpə tutmuşdu,yəni ki mən dilənməzdim ehtiyacım olmasaydı.Keçid həmişə adamla dolu olur və qab da tez dolur metroda.

Və bu pullarla hansısa bir qansız,qəddar şəxsin sarayının bir kərpici də hazır olur.Bəlkə də saraylarının.Burdan dilənçiyə də pay düşür,amma cüzi,doğrudan da dilənçi payı düşür.

Nə qədər deyilsə də,nə qədər yazılsa da bizim millətə xeyri yoxdur.Ürəyi yanır,elə bilir ki bu pullarla nəsə yardım etdi.Halbuki hamımız çox yaxşı bilirik bu pullar hara gedir.Özünün cibindən sonuncu manatını verirsən,fikirləşirsən ki hansısa bədbəxtə kömək etdin.Yaxşı iş gördün.

Yaxşılıqdırmı bu?!!!


Belə qadınlardan birini məsəl çəkəcəm.Bir jurnalist bir neçə ay belə qadınlardan birini müşahidə edir.Görür ki qadın qucağında uşaq tutub,uşaq da yatır.Saatlarla yatır,səsi də çıxmır,tərpənmir.Axırda bir gün dözməyib qadına yaxınılaşır,soruşur:

-Bu uşaq niyə bütün günü yatır?

Qadın sifətini gizlətsə də çox qəti cavab verir:

-Rədd ol burdan ..........

Sifətinin mimikası da dəyişir,yazıqlıq,kədər,əzab yoxa çıxır.Həyasızlıq,sırtıqlıq -əsl sifət görünür.

Jurnalist bir də,bu dəfə bərkdən soruşur:

-De görüm bu uşaq niyə bütün günü yatır,tərpənmir.

Arxadan bir kişi qaba pul atdi və jurnalistə gileyləndi:

-Əl çək görmürsən bədbəxtin öz dərdi özünə bəsdir.

Səhəri gün jurnalist qadını yenə orda qucağında yatmış uşaqla görür.Yenə qadına yaxınlaşmaq istəyəndə polis gəlib sənədlərini istəyir.Jurnalist olduğunu gördükdə özlərinin bu işlə məşğul olacağını bildirib qadını ordan yola salır.Jurnalist çox maraqlanır ki korpə belə sakit ola bilməz axı.Tanış bir qaraçı tapır,ondan maraqlanır.

Qaraçının dedikləri jurnalisti şoka salır.

-Uşaq niyə bütün günü yatır?

-Ya araq,ya da narkotik!

Bu necə ola bilər axı?

Çünki qışqırmasın,mane olmasın.Axı bütün günü iş başındadır.Narahatlıq yaratmasın.

Uşaq orqanizmi zəif olduğu üçün az dozada araq,ya narkotik onu yatızdırır.Çox vaxt körpə buna dözmür,ölür.Bəzən hətta iş vaxtı olür.Bu zaman o qadınlar elə olü uşaqla da iş gününü başa vurmalı olur.

Odur ki,nə vaxt uşaqla dilənən qadın görəndə əlinizi cibinizə atmamışdan qabaq fikirləşin:əgər sizin yaxşılıq məqsədiylə verdiyiniz bu manatlar,qəpiklər olmasa bəlkə də bu biznes çoxdan məhv olmuşdu.Uşaqlar yox,belə alçaq biznes ölərdi.

Siz dilənçılərin qucağında yatan,ya da qarşısında arabacıqda oturan şıkəst uşaqlara ürəkyanğısı ilə yox,dəhşətlə baxın.Çünki artıq siz bilirsiniz ki,bu uşaq niyə yatır!!!.

Odur ki,kömək etmək istəyəndə,içinizdən yaxşılıq etmək istəyi gələndə uşaq evlərinə,qocalar evinə üz tutun.Ora getməyə hazırlaşanlara qoşulun.Yardım edin və gözünüzlə şahidi olun ki,etdiyiniz yardım ünvanına çatdı.

Категория: Maraqli xeberler | Просмотров: 976 | Добавил: ADMIN | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Block title
Block title
500
Block title
Block title
SAYTDA HANI BOLMENI DAHA COX SEVIRSIZ
Cemi cavab: 412
Block title
Block title
Block title
Баку-Хайфа ,Азербайджанская музыка , Фильмы ,Концерты ,Радио ,Игры Унас есть все для вас Малиновый сайт АзнетаАзербайджанский торрент трекер BORCALIMIZ ,Азербайджанская музыка , Share.Az Sürətli yükləmə xidməti
Copyright MyCorp © 2024