Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını öldürüb. APA-nın
məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasında, Müdafiə
Nazirliyinə məxsus "N” saylı hərbi hissədə qeydə alınıb.
Tovuz Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış
Qaybalı Əli oğlu Məhərrəmovun tabeliyində olan avtomat silahdan açdığı
atəş nəticəsində, onun əsgər yoldaşı, Şərur Rayon Hərbi Komissarlığından
həqiqi hərbi xidmətə çağırılmış Camal Etibar oğlu Abbasov dünyasını
dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur
Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hadisə
əsgər Q. Məhərrəmovun silahla ehtiyatsız davranışı nəticəsində baş
verib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
www.249lular.tk
P.S: Bədbəxt hadisə 02.02.2011-ci il tarixində, səhər saat 08:00
radələrində baş verib. Güllə şah damarından dəydiyi üçün, həkimlərin 4
saat davam edən səyi nəticəsində Camalın həyatını xilas etmək mümkün
olmayıb! 03.02.2011-ci il tarixində isə Camal Etibar oglu Abbasovu elə
doğulduğu Şərur rayonunda dəfn ediblər.Hadisə ile bagli Camal Etibar
oglu Abbasov`un ailəsinə dərin hüznlə baş sagligi verirəm! Allah
ailəsinə, anasi Mahirə xanım və atası Etibar bəyə səbr versin! Allah
rəhmət eləsin!