Gürcüstan bütün dünya üzrə internetin sürətinə görə 51-ci yerdədir. Regional miqyasda isə bu ölkə birinci yeri tutur. ANS PRESS-in “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, “Net Index”in hesabatında qeyd olunur ki, Gürcüstanda internetin sürəti 6.77 Mbps-ə bərabərdir. Dünya üzrə ilk beşliyə isə Cənubi Koreya (36,56 Mbps), Litva (30,34 Mbps), Latviya (26,40 Mbps), İsveç (25,14 Mbps) və Niderland (24,51 Mbps) daxil olub. Bu siyahının autsayderləri isə Zambiya (0,65 Mbps), İran (0,63 Mbps), Boliviya (0, 55 Mbps) və Zimbabvedir (0,39 Mbps). Postsovet ölkələrində internetin sürəti üzrə reytinq cəbvəli belə qurulub: Litva (2 yer) - 30.34 Mbps, Latviya (3) - 26.40 Mbps, Moldova (7) - 23.67 Mbps, Ukrayna (24) - 12.83 Mbps, Estoniya (25) - 12.79 Mbps, Rusiya (27) - 12.18 Mbps, Gürcüstan (51) - 6.77 Mbps, Qazaxıstan (61) - 5.74 Mbps, Qırğızıstan (64) - 5.66 Mbps, Belarus (67) - 5.31 Mbps, Аzərbaycan (94) - 2.91 Mbps, Özbəkistan (124) - 1.98 Mbps, Ermənistan (128) - 1.85 Mbps, Тacikistan (139) - 1.54 Mbps. Qeyd edək ki, bu reytinq 2008-ci ilin avqust ayından bu ilin 2 fevralınadək İP ünvanlarının test edilməsi nəticəsində tərtib edilib.
|