SAYTIMIZA XOS GELMISINIZ
249LULAR.TK
Меню сайта
Block title
Azerbaycan
Sekiller
Mentiqi suallar
Sevgi ve şeirler
Maraqli xeberler
Yumor
249
Avto
Idman
mp3
Programlar
Mobil dunya
Oyunlar
Filmler
Video
Meşhurlar
Block title
Block title
Block title
Block title
Block title
Saytda reklam
Block title
Block title
Главная » 2011 » Февраль » 18 » Şokalad insanı xoşbəxt edirmiş...
19:09
Şokalad insanı xoşbəxt edirmiş...
Şokolad insanın əhval-ruhiyyəsini qaldırır. Şokolad yedikcə insan bir daha yemək istəyir, gözəl ətri insanı valeh edir, iştaha gətirir.

Şokoladın tərkibində olan yağ organizmə daxil olduqda, xolesterol artımına səbəb olmur, hətta xolestrolun azalmasına kömək edir. Şokolad nə qədər qara olsa tərkibində kakao yağının miqdarı da yüksək olur. Bu da xolesterolu azaltmasını göstərir.

Şokoladın organizm üçün zərərindən çox xeyri var. Ən əsası ürəyi qoruyur. Çünki, tərkibində qırmızı şərab (çaxır) və yaşıl çayda olan və ürəyi qoruduğu təsbit
edilən flavonoid maddəsi var. Bu maddənin antioksidant təsirinin də
ürəyi qoruduğu Amerika Kordioloqlar Assosiasiyası tərəfindən sübut edilən faktdır. Ancaq şokoladda iştirak edən antioksidant miqdarı tərəvəz və meyvələrdə olanlara görə daha azdır.

Şokolad, E və B vitaminləri, dəmir, maqnezium, kalium cəhətdən zəngin bir
qidadır. Elə bu vitamin-minerallarına görə də bədənin ehtiyaclarını ödəmək baxımından zəngin qida qaynağıdır.

Mütəxəssislər şokoladın bir özəlliyini də qeyd edirlər: o, insanlar arasında eşq təsiri yaradır. Onun afrodizyak təsiri də aşkarlanıb. Bu möcüzəli qida tərkibində saxladığı "phenylethyamine" maddəsiylə insanda eşq həvəsi yaradır, yəni şokolad həvəskarları daha asan aşiq ola bilir.

İlk şokolad fabriki 1765 -ci ildə Amerikada açılıb. II Dünya Müharibəsi illərində ABŞ höküməti şokoladın möcüzələrinin fərqinə vararaq, əsgərlərini bu ləzzətli qida ilə təmin etməyə başladı. Şokaladın bir rolu da müttəfiq əsgərlər arasında qruplaşmaq ruhunu aşılamaq oldu. Hətta astronotlar dietalarında şokaladdan istifadə etməyə başladılar.
Bütün bunlardan başqa şokaladın ən əsas 13 faydası var ki, bunları bilməyiniz məsləhətdir:

1. Şokoladın içində olan antioksidanlar xərçənglə mübarizədə faydalıdır. Kakao qırmızı şəraba nisbətlə iki; yaşıl çaya nisbətlə üç qat daha çox antioksidan maddə ehtiyatı var.

2. Şokolad eyni zamanda zəngin kalsium qaynağıdır. Bu da sümüklərin möhkəmlənməsini təmin edir.

3. Şokolad keçmişdən günümüzə qədər, xüsusilə qadınlarda psixoloji cəhətdən müsbət təsirlərə malikdir. Şokolad qadınların özlərini yaxşı hiss etmələrini təmin edən endorfin ifraz etdirir.

4. Harvard Tibb Akademiyası mütəxəssisləri kakaonun yüksək təzyiqi saldığını təsdirləyirlər.

5. Güclü dişləri təmin edən florid baxımından da zəngin olan şokolad stresslə mübarizədə faydalı olan kaliumu da ehtiyatda saxlayır.

6. Bristol Universiteti həkimlərindən Peter Barham şokoladın içində olan bir maddənin xəbərdaredici təsiri olduğunu və bunun sayəsində insanın özünü yaxşı hiss etdiyini deyir.

7. Şokolad özündə böyük miqdarda mis də ehtiva edir. Mis bədənin dəmiri içində əritməsinə köməkçi olur. Bu da dəriyə damarlara və toxumalara faydalı olur.

8. Kaliforniya Universiteti mütəxəssisləri hər gün az miqdarda şokolad yemənin qanda laxtalanmanı önlədiyini deyirlər. Bu da ani ürək böhranlarının qarşısını alır.

9. Şokolad eyni zamanda adama enerji verir və digər şirniyyatlarla müqayisədə qanda şəkəri sürətli yüksəltmir.

10. İmmunitet artırma sistemi üçün faydalı dəmir və sink şokoladda bolluca var. Bu dad hər dərdə dərmandır.

11. Qəhvə içmək yerinə şokolad yemək çox daha faydalıdır. Çünki şokoladda qəhvəyə nisbətdə daha az kofenin var.

12. Şokolad digər şirin qidalara baxanda, dişlərin sağlamlığına daha zərərsizdir; çünki südlü şokolad yüksək miqdarda zülal, kalsium və fosfatı birləşdirir. Bu maddələr də diş minasını qoruyur.

13. Şokoladdakı doymuş yağ qandakı xolesterol səviyyəsinin artmasına səbəb olmur.

Beləliklə, dünyada demək olar ki, hər kəsin sevə-sevə yediyi qida - şokalad və onun faydaları haqqında məlumatlandıq. Amma...

Bu sözlə də razıyam: Bir inci saflığı olsada suda, artıq içiləndə dərd verir o da...

Hər şeydən qədərində istifadə edin.

Прикрепления: Картинка 1
Категория: Maraqli xeberler | Просмотров: 811 | Добавил: AYSEL249 | Теги: ayka | Рейтинг: 5.0/1
Всего комментариев: 3
0  
3 ADMIN   (20.02.2011 20:46) [МATERIAL]
icecream
3W.249LULAR.TK
0  
2 ADMIN   (20.02.2011 20:46) [МATERIAL]
3e
3W.249LULAR.TK
0  
1 AYSEL249   (18.02.2011 19:10) [МATERIAL]
tsk66mb1
3W.249LULAR.TK
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Block title
Block title
500
Block title
Block title
SAYTDA HANI BOLMENI DAHA COX SEVIRSIZ
Cemi cavab: 412
Block title
Block title
Block title
Баку-Хайфа ,Азербайджанская музыка , Фильмы ,Концерты ,Радио ,Игры Унас есть все для вас Малиновый сайт АзнетаАзербайджанский торрент трекер BORCALIMIZ ,Азербайджанская музыка , Share.Az Sürətli yükləmə xidməti
Copyright MyCorp © 2024