SAYTIMIZA XOS GELMISINIZ
249LULAR.TK
Меню сайта
Block title
Azerbaycan
Sekiller
Mentiqi suallar
Sevgi ve şeirler
Maraqli xeberler
Yumor
249
Avto
Idman
mp3
Programlar
Mobil dunya
Oyunlar
Filmler
Video
Meşhurlar
Block title
Block title
Block title
Block title
Block title
Saytda reklam
Block title
Block title
Главная » 2011 » Февраль » 10 » Ramil Səfərov`un macar dilindən tərcümə etdiyi roman çapdan çıxıb!..xeberin ardinda
14:50
Ramil Səfərov`un macar dilindən tərcümə etdiyi roman çapdan çıxıb!..xeberin ardinda
Azərbaycan Ordusunun zabiti bu işini 2009-cu ildə dünyasını dəyişmiş anasının xatirəsinə ithaf edib Erməni hərbçisinin qətlində təqsirləndirilərək Macarıstanda ömürlük həbs cəzası almış Azərbaycan zabiti Ramil Səfərov tanınmış macar yazıçısı Maqda Sabonun “Qapı” romanını macarcadan Azərbaycan dilinə tərcümə edib. R.Səfərov bu işini 2009-cu ilin oktyabrında dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib. Əsərin əsas qəhrəmanları qadınlardır. Psixoloji melodram kimi qələmə alınmış romanda yazıçı tipik macar qadınının obrazını yaradıb. Əsərdə başı çox bəlalar çəkmiş, öz həyatı ilə risk edərək həmişə insanlara kömək etmiş saf, mərd bir qadın olan Emerencin İkinci Dünya müharibəsindən əvvəlki və sonrakı həyatı, onun şərəfli ölümü təsvir olunub. R.Səfərov kitaba yazdığı ön sözdə macar və Azərbaycan xalqının həyat tərzində, mədəniyyətində, tarixində çox oxşarlıq olduğunu qeyd edib. Tərcüməçi yazır ki, Azərbaycanda macar xalqına münasibətin 2004-cü ildə erməni ordusunun zabiti ilə onun arasında baş vermiş hadisəyə və ona oxunan hökmə görə formalaşması onu ciddi narahat edir: “Məhkəmənin hökmü kifayət qədər əsassız və ədalətsiz olsa da, bu, mənim macar xalqına hörmətimi qətiyyən dəyişməyib. Ümidvaram ki, mənim tərcümə etdiyim bu əsər xalqlarımızın bir-birini daha yaxından tanıması, dostluq əlaqələrimizin daha da genişləndirilməsi və möhkəmləndirilməsinə cüzi də olsa bir töhfə olacaq”. Kitabın redaktoru, “AssA-İradə” xəbər agentliyinin və “AzerNews” qəzetinin rəhbəri, ərəb filologiyası üzrə fəlsəfə doktoru Fazil Güney (Abbasov) kitaba yazdığı ön sözdə bildirir ki, məhbəsdə olmasına baxmayaraq, ruhunun azadlığı və yenilməzliyi, intellektinin dərinliyi və əhatəliyi ilə macarların da böyük hörmətini qazanmış Ramil yaradıcı əməyi sayəsində ona qarşı söylənən qatil, başkəsən uydurmasını yerlə-yeksan edir. Kitab “AssA-İradə” agentliyində yığılaraq redaktə edilmiş, nəşrə hazırlanmış və “Çıraq” nəşriyyatında çap olunub. Maqda Sabo (05.10.1917-19.11.2007) Macarıstanın tanınmış qadın yazıçılarındandır. Yazıçının ilk kitabı - “Quzu” 1947-ci ildə, ikinci kitabı - “İnsana qayıdış” 1949-cu ildə nəşr olunub. Bu kitab “Baumgarten” mükafatına layiq görülüb, lakin dövrün siyasi səbəblərinə görə yazıçıdan geri alınıb. O, “Fresko” və “Abigel” kimi məşhur romanların da müəllifidir. Maqda Sabo həm Macarıstanda, həm də digər ölkələrdə çoxsaylı mükafatlara layiq görülüb və əsərləri 43 ölkədə nəşr olunmuşdur. 2003-cü ildə “Qapı” əsərinə görə yazıçıya Fransanın ədəbiyyat üzrə nüfuzlu mükafatı - “Prix Femina Etranger” verilib. (Səs sayı: 7)Bölmə
Категория: Maraqli xeberler | Просмотров: 689 | Добавил: ADMIN-3 | Теги: ookk | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Block title
Block title
500
Block title
Block title
SAYTDA HANI BOLMENI DAHA COX SEVIRSIZ
Cemi cavab: 412
Block title
Block title
Block title
Баку-Хайфа ,Азербайджанская музыка , Фильмы ,Концерты ,Радио ,Игры Унас есть все для вас Малиновый сайт АзнетаАзербайджанский торрент трекер BORCALIMIZ ,Азербайджанская музыка , Share.Az Sürətli yükləmə xidməti
Copyright MyCorp © 2024