SAYTIMIZA XOS GELMISINIZ
249LULAR.TK
Меню сайта
Block title
Azerbaycan
Sekiller
Mentiqi suallar
Sevgi ve şeirler
Maraqli xeberler
Yumor
249
Avto
Idman
mp3
Programlar
Mobil dunya
Oyunlar
Filmler
Video
Meşhurlar
Block title
Block title
Block title
Block title
Block title
Saytda reklam
Block title
Block title
Главная » 2011 » Февраль » 18 » Niye Yatiriq?
17:07
Niye Yatiriq?
Həyatımızın 1/3 hissəsi yatmaqla keçir. Napolyon və Florence Nightingale bir gecədə ortalama 4 saat yatarkən, Tomas Edisson yatmağın yalnız zaman itkisi olduğunu müdafiə edirdi.

Yaxşı, o zaman niyə yatmaq ehtiyacı hiss edirik? Bu sual əsrlər boyunca elm adamlarının maraqlandığı ancaq cavabını qəti olaraq verə bilmədikləri bir sualdır. Bəziləri yuxunun gündəlik fəaliyyətlər əsnasında xərclənən enerjini geri qazanmaq üçün lazımlı olduğunu müdafiə edir.

Ancaq çaşdırıcı bir gerçək də bu istiqamətdədir: 8 saatlıq yuxu əsnasında yığılan enerji yalnız 50 Kcal; yəni yediyiniz bir tostun verdiyi enerjiylə eynidir.

Yatırıq çünki danışma, yaddaş və elastik düşünməklə əlaqədar dəyərlərimizin normal ölçülərdə seyr etməsi üçün yuxuya ehtiyac duyuruq. Digər bir deyişlə, yuxu beyin inkişafı üzərində əhəmiyyətli bir təsirə sahibdir.

Yatmazsaq nə olar?

Yatmanın əhəmiyyətini anlamaq üçün yatmazsaq başımıza nələr gəlir onları düşünün. Yuxu əskikliyi beynin işinə ciddi ölçüdə təsir edər. Unutqanlıq, dalğınlıq, özünü narahat hiss etmək olabiləcək vəziyyətlərdəndir. Yalnız bir gecə yuxusuz qalındığında konsentrasiya böyük ölçüdə azalar və istədiyimiz şeyə fokuslanmada böyük çətinlik çəkərik.

Davamlı olaraq qeyri-kafi yuxu ilə ayaqda qalmağa çalışdığımızda, beynin danışmağı, yaddaşı, planlamağı və zaman qəbulunu nəzarət edən hissəsi ciddi bir şəkildə iflasa uğrayar və özünü "bağlayar".

Yuxusuzluq eyni zamanda romantik və fiziki halımıza da təsir edər. Araşdırmaçılar yuxusuzluğun kilo almaqla da yaxından əlaqəli olduğunu ifadə edir. Çünki kilomuzu qorumaq üçün lazımlı olan kimyəvi maddələr yuxu əsnasında ifraz olunur.

Nə qədər yuxu normaldır?

Hər kəsin yatması lazım olan müddət bir-birinin ekvivalenti deyil. Ortalama yuxu müddəti 7,75 saat olsa da bəziləri 5, bəziləri isə 11 saat yuxuyla özünü dinlənmiş hiss edə bilər.

Yalnız insanların deyil heyvanların da yuxu müddətləri bir-birindən olduqca fərqlidir.

Ən uzun müddət yuxusuz qalma rekordu 1965-ci ildə Randy Gardner tərəfindən qırılmışdır və Gardner 11 gün yatmadan qalmağı bacarmışdır. 4 gün sonra halüsinasyon görməyə başlayan Gardner, bir neçə gün sonra özünü məşhur bir futbol oyunçusu sanmış və araşdırmanın sonuna doğru fəaliyyətləri ciddi ölçüdə düşmüşdür
Категория: Maraqli xeberler | Просмотров: 775 | Добавил: ADMIN | Рейтинг: 3.0/2
Всего комментариев: 2
0  
2 masa   (13.04.2012 11:17) [МATERIAL]
yeri varda yatmagin
3W.249LULAR.TK
0  
1 AYSEL249   (18.02.2011 19:02) [МATERIAL]
dincelmey4un=)
3W.249LULAR.TK
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Block title
Block title
500
Block title
Block title
SAYTDA HANI BOLMENI DAHA COX SEVIRSIZ
Cemi cavab: 412
Block title
Block title
Block title
Баку-Хайфа ,Азербайджанская музыка , Фильмы ,Концерты ,Радио ,Игры Унас есть все для вас Малиновый сайт АзнетаАзербайджанский торрент трекер BORCALIMIZ ,Азербайджанская музыка , Share.Az Sürətli yükləmə xidməti
Copyright MyCorp © 2024