SAYTIMIZA XOS GELMISINIZ
249LULAR.TK
Меню сайта
Block title
Azerbaycan
Sekiller
Mentiqi suallar
Sevgi ve şeirler
Maraqli xeberler
Yumor
249
Avto
Idman
mp3
Programlar
Mobil dunya
Oyunlar
Filmler
Video
Meşhurlar
Block title
Block title
Block title
Block title
Block title
Saytda reklam
Block title
«  Март 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Block title
Главная » 2011 » Март » 7 » Məmməd Araz
19:40
Məmməd Araz

HƏYATI

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra «Ulduz» jurnalının məsul katibi, «Ədəbiyyat və incəsənət» qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına «Məmməd Araz» mükafatı təsis olunmuşdur (1993-cü ildən).

ƏSƏRLƏRİ

  1. Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
  2. Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
  3. Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
  4. Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
  5. Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
  6. Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
  7. İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
  8. Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
  9. Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
  10. Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
  11. Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
  12. Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
  13. Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
  14. Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986,
  15. Dünya düzəlmir. Bakı: «Azərbaycan» nəşriyyatı, 1992, 81 səh.
  16. Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
  17. Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994,
  18. Yol ayrıcında söhbət. Bakı: «Azərbaycan» nəşriyyatı, 1997, 318 səh.
  19. Sənətdə son mənzil olmur. Bakı: «Adiloğlu» nəşriyyatı, 2001, 440 səh.
  20. Ağlayan qayalar. Bakı: «Araz» nəşriyyatı, 2002, 144 səh.
  21. Vətən deyin. Bakı: «Adiloğlu» nəşriyyatı, 2003, 149 səh.
  22. Əsgər andı. Bakı: «Araz» nəşriyyatı, 2003, 98 səh.
  23. Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: «Ozan» nəşriyyatı, 2003, 337 səh.
  24. Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: «Ozan nəşriyyatı, 2003, 360 səh.
  25. Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: «Ozan» nəşriyyatı, 2003, 376 səh.
  26. Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: «Ozan» nəşriyyatı, 2003, 365 səh

TƏRCÜMƏLƏRİ

(ruscadan)

  1. S.V.Mixalkov. Foma. Bakı: Azərnəşr, 1964, 16 səh.
  2. G.Ağacanyan. Narahat ürək. Bakı: Gənclik, 1974, 83 səh.
  3. M.Svetlov. Şeirlər. Bakı: Azərnəşr, 1975, 204 səh.
  4. N.A.Nekrasov. Rus qadınları. Bakı: Yazıçı, 1983, 124 səh.
  5. Ocaq başında (dünya şairlərinin şeirləri). Bakı: Yazıçı, 1988, 241 səh.

YARADICILIĞI

SÖZ AÇIQ OLANDA

Dur aç pəncərəni açıq havaya,
Qorxma görünməyə,
Görməyə qorxma.
Dur, ey yoldaş insan, dur çıx havaya;
Dur, təzə gözlə bax köhnəyə qorxma!

Nə qədər söz udaq, dil sancaqlayaq,
Göyərdi pıçıltı qapı dalında.
Bizi anlayanı biz də anlayaq,
Səsimiz qovruldu qapı dalında.

Burda iddiamız başdan yuxarı,
Qapılar dalında pələngik, şirik,
Burda başımızı yaddan çıxarıb,
Özgənin başıyla fikirləşirik.

Söz açıq olanda - göz açıq olur,
Göz açıq olanda "beş", "əlli" deyil.
Söz açıq olanda düz-düzə quldu,
Şapalaq zərbəsi,
Təsəlli deyil.

Dartmalar, didmələr, fəndlər, bölgülər
Oxunu gizlədən yay ola bilmir.
Biclik tələsindən qaçan tülkülər,
Düzlük tələsindən yayına bilmir.

Qoşa buynuzunu gizlətmə başda,
Qarnını deşəcək - içinə çəksən.
Özünə görünsən sən açıq aşkar
Elə özgəyə də görünəcəksən.

Sirr açar, dürr açar açarımız da,
Od donsa, buz yansa - inam ələnməz;
Söz açıq olanda içərimizdə
"Yalanlar, filanlar" qafiyələnməz.

Boş vədə fil olsa - dizi qatlanar,
Tarixin "düzü-düz", varağı ağdır;
Açmağa düyünlü həqiqətləri
Duyumlu barmaqlar tapılacaqdır.

Ədalət qamçısı qəzəb soyudur,
Qırımlar, qurumlar itirməz onu.
"Açıq söz" dediyin qızıl suyudur,
Pas atan ağıllar götürməz onu.

Ötəri hay-küydən qulağım batar,
Yalançı köçəri,
Yalan köçəri.
Açdım ürəyimi, açdım taybatay,
Xoş gördük doğru söz,
Buyur içərii...


DOST

Hər çətin anımda kəsin yanımı,
Axın ürəyimə gülüşlə, sözlə,
Mən oz varlığımı, öz ünvanımı
Tapıram hər yeni gəlişinizlə.

Bəzən hamarda da büdrəyir adam,
Oxuyun üzümə nə günahım var.
İttiham etsəniz günah sanaram,
Güzəştə getsəniz, ittiham olar.

Gözümdə, könlümdə bir qönçə kimi
Hərəniz bir duyğu bəxş edər mənə.
Ömrüm çox dolaşıq düyünçə kimi
Həmişə möhtacdır dost əllərinə.

Категория: Azerbaycan | Просмотров: 1651 | Добавил: ADMIN | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Block title
Block title
500
Block title
Block title
SAYTDA HANI BOLMENI DAHA COX SEVIRSIZ
Cemi cavab: 412
Block title
Block title
Block title
Баку-Хайфа ,Азербайджанская музыка , Фильмы ,Концерты ,Радио ,Игры Унас есть все для вас Малиновый сайт АзнетаАзербайджанский торрент трекер BORCALIMIZ ,Азербайджанская музыка , Share.Az Sürətli yükləmə xidməti
Copyright MyCorp © 2024