SAYTIMIZA XOS GELMISINIZ
249LULAR.TK
Меню сайта
Block title
Azerbaycan
Sekiller
Mentiqi suallar
Sevgi ve şeirler
Maraqli xeberler
Yumor
249
Avto
Idman
mp3
Programlar
Mobil dunya
Oyunlar
Filmler
Video
Meşhurlar
Block title
Block title
Block title
Block title
Block title
Saytda reklam
Block title
Block title
Главная » 2011 » Февраль » 22 » Bu gün su çərşənbəsidir
11:35
Bu gün su çərşənbəsidir
Bütün Azərbaycan xalqının təmtaraqlı şəkildə qeyd etdiyi və yandırdığı ilk tonqal su çərşənbəsidir. Su çərşənbəsi qədim zamanlardan “Əzəli” çərşənbə də adlanır. Bəlkə də ilk çərşənbənin su kimi adlandırlıması da təsadüfi deyil. Çünki dünyada, insanların həyatında su öz əvəzedilməz rolunu həmişə qoruyur. Su çərşənbəsi günü səhər açılan zamandan etibarən siz bizim ənənlərimizə sadiq qala bilərsiniz. Yəni səhər üzünüzü yuyanda belə həmin günün sizin üçün uğurlu olması barədə dua edin. Bəzən yaz fəslinin gəlişini xəbər verən bu Novruz bayramı ilin başlanğıcı kimi də təqvimə salınır. Yəni elə məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. Bunu da qeyd etmək yerinə düşərdi ki, su çərşənbəsinin ilk tonqal kimi yandırılması buzların açılması, artıq qışın arxada qalmasının göstəricidsidir. Çünki kiçik çillə artıq öz yerini boz aya verir və havalar atalarımız demişkən "ağara – bozara" düzəlməyə başlayır. Su çərşənbəsi günü kənd yerlərində olan qadınlar, qızlar çaya yollanır. Orada çimərək özlərini saflaşdırırlar. Hətta bütün insalar çaya gedərək, yaxud axan suda əllərini, üzlərini yuya bilər və suyun üzərindən atılaraq "ağırlığım – uğurluğum" suya deyə bilərlər. Bu inanca görə onların bütün üzərlərində olan pisliklər həmin suya düşərək məhv olacaqdır və onlar da yeni ilə saf daxil olacaqlar. Su çərşənbəsi stolun üzərində su qoymaq, stolda suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb, tökülərsə həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. . Hər tonqal yandırılan gün çərşənbəyə düşür və su çərşənbəsində çoxlu sayda “Vəsfihal” adlanan nəğmələr oxunulur. Su çərşənbəsində stolun üzərində bir çox şirniyyatlar və yeməklər də qoyulur. Bu hər ilin həmin formada keçməsi üçün əhəmiyyətli rol oynayır. Hətta qadınlar, qızlar su çərşənbəsində birbaşa su ilə bağlı olan fallara da baxırlar. Onlar öz üzüklərini çıxararaq suyun içərisindəki tavaya atır və üzərini də parça ilə örtürlər. Daha sonra isə bayatı deməyə başlayırlar. Hər bayatının sonunda tavadan onun içərisinə baxmayaraq bir üzük çıxarılır və hər çıxan üzük sahibinə verilərək eyni idlə bayatıdakı kimi bir həyatın onu gözləyəcəyi vurğulanır. Su çərşənbəsində baxılan fallardan birinə görə stəkana su doldurub, saçınızdan bir tel qopardaraq ona üzük bağlayıb, suya salıb çıxartmaq lazımdır. Əgər sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa siz həmin yaşda evlilik həyatına qədəm qoyacaqsınız. Xatırladaq ki, üzüyün nişan üzüyü olması daha vacib rol oynayır. Bu başqasının da nişan üzüyü ola bilər. Bəzən su çərşənbəsi zamanı qadınlar, qızlar gedib, lal axan su dərələrindən su gətirirlər. 2 iynənin arxasına pambıq bağlayıb, suya buraxmaq lazımdır. Əgər iynələr bir tərəfə getsə deməli sevgililər qovuşacaqlar, əgər ayrı dayansalar deməli ümid yoxdur. Bəzi hallarda isə iynə suda batır bu isə lal vəziyyət adlandırılır. Həmçinin xanımların çoxu bir evə toplaşaraq söhbətləşir və əylənirlər. Kişi və oğlanlar isə həyətlərdə tonqal işi ilə məşğul olub, axşamı səbirsizliklə gözləyirlər. Yandırılan tonqallar uşaqlar tərəfindən xüsusi ilə sevilir və seçilir, çünki bütün bayramlarda olduğu kimi Novruzun da gəlişi balacaların həddsiz sevincinə səbəb olur. Hər məhlədə yandırılan tonqal üçün sanki insanlar yarışa girərək, ən hündürün məhz onlara aid olmasını istəyir və bunun üçün əziyyət çəkirlər. Sonra isə həmin tonqalın üzərindən tullanaraq bütün ağırlıqlarını odda yandırıb, gələn ilə xeyirli çıxmağı istəyirlər. Düzdü hələ Novruza çox var, amma onun ilk qədəmləri elə insanlarda yetəri qədər sevinc və ruh yüksəkliyi oyada bilir. Qeyd edək ki, su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq nişanı kimi vurğulanır, həmçinin övladı olmayan bir qadının başından bu günü qırxaçar qabla su töksən onun övladı dünyaya gələ bilər. Deməli su çərşənbəsi günü hamının həyətində tonqal qalanır və bayram əhval ruhiyyəsinin yaxınlaşdığı nəzərə çatdırılır. Həmin günü insanların bir – birinin üzərinə su atması və yaxud su çiləməsi də uğura işarədir. Əlbəttə bu edilən işlərin hamısı qədim inanclara əsasən yerinə yetirilir. Ancaq unutmaq lazım deyil ki, su şəffaflıq, aydınlıq və təmizlik deməkdir. İlk öncə isə suyun həyat mənbəyi olduğunu heç vaxt yaddan çıxarmaq olmaz
Прикрепления: Картинка 1
Категория: Maraqli xeberler | Просмотров: 1290 | Добавил: AYSEL249 | Теги: ayka | Рейтинг: 5.0/1
Всего комментариев: 4
0  
4 ADMIN-3   (22.02.2011 19:59) [МATERIAL]
heeee yandirdig heyette tonqal))))hamivizin bayrami mubarek insallah heyatimiz su kimi saf olsun hamini bayramini tebrik edire))) 90a81ea4e6fd
3W.249LULAR.TK
0  
3 Kiss_Of_Rain   (22.02.2011 14:51) [МATERIAL]
uraaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa nehayet geldideeeeeee bayramm barbarian
3W.249LULAR.TK
0  
2 ADMIN   (22.02.2011 14:27) [МATERIAL]
herkesin bayrami mubarek olsun!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ang
3W.249LULAR.TK
0  
1 AYSEL249   (22.02.2011 11:37) [МATERIAL]
bayraminiz mubarek tsk37va7 bugun znacit tongal yanidaracglar heyette urraa biggrin
3W.249LULAR.TK
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Block title
Block title
500
Block title
Block title
SAYTDA HANI BOLMENI DAHA COX SEVIRSIZ
Cemi cavab: 412
Block title
Block title
Block title
Баку-Хайфа ,Азербайджанская музыка , Фильмы ,Концерты ,Радио ,Игры Унас есть все для вас Малиновый сайт АзнетаАзербайджанский торрент трекер BORCALIMIZ ,Азербайджанская музыка , Share.Az Sürətli yükləmə xidməti
Copyright MyCorp © 2024